• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq
05.04.2022 10:19
Azərbaycan su təsərrüfatı sahəsində əməkdaşlıq haqqında İsrailin "Mekorot” dövlət şirkəti ilə, həmçinin gömrük vergi məlumatları sistemlərinin yenilənməsi sahəsində yeni müqavilələr imzalayacaq. Bu barədə İsrailin Turizm Nazirliyinin Mətbuat Xidməti. məlumat yayıb.
 
İmzalanma mərasimi İsrailin turizm naziri və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Konstantin Razvozovun Bakıya başlamış səfəri çərçivəsində keçiriləcək.

Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri və hökumətlərarası komissiyanın rəhbəri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, turizm şirkətlərinin rəhbərləri ilə görüşəcəyi gözlənilir.

Görüşlərdə xarici siyasət, iqtisadiyyat, səhiyyə, enerji resursları, turizm, rabitə, ətraf mühitin mühafizəsi, elm və kənd təsərrüfatı məsələləri müzakirə olunacaq.

Aprelin 7-də İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu hadisənin şərəfinə keçiriləcək rəsmi tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin turizm naziri Konstantin Razvozov iştirak edəcəklər.

Ötən il İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəlikləri açılıb. Azərbaycan turizm, kənd təsərrüfatı, kibertəhlükəsizlik, təhsil, su resursları və səhiyyə sahəsində İsraillə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Azərbaycan və İsrail arasında 2019-cu ildə ticarət dövriyyəsi ən yüksək həddə çataraq, 1,375 milyard ABŞ dolları təşkil edib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən azalmış ticarət dövriyyəsi 2021-ci ilin yekunlarına görə 2 dəfə artaraq, 928,4 milyon ABŞ dolları həddinə çatıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol