Hərraca çıxarılacaq ilkin satış qiymətləri AÇIQLANDI

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin aprelin 15-də hərraca çıxaracağı Qarabağ atlarının ilkin satış qiymətləri açıqlanıb.
Şirkətdən verilən məlumata görə, hərraca 3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan çıxarılacaq.
Onlara müvafiq olaraq 5 min manat, 7 min manat və 30 min manat qiymət qoyulub.
Hərrac Qobustan Heyvandarlıq Nümayiş Kompleksində keçiriləcək. Hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər.
Kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək, atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























