Milli Məclisin Şuşada keçiriləcək növbəti komitə iclasının vaxtı məlum olub

Milli Məclisin Şuşada keçiriləcək növbəti birgə komitə iclasının vaxtı məlum olub.
www.anews.az
Aprelin 29-da Şuşa şəhərində parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclası baş tutacaq.
İclasda müzakirə olunacaq məsələlər isə yaxın günlərdə məlum olacaq.
Bundan əvvəl aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilib.(Report)
www.anews.az
Son xəbərlər 
Daha çox 























