• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik əməkdaşları narkoloji testdən keçirlərmi? - DÖVLƏT QURUMLARI İLƏ SORĞU

Nazirlik əməkdaşları narkoloji testdən keçirlərmi? - DÖVLƏT QURUMLARI İLƏ SORĞU
14.04.2022 18:05
Milli Məclisin deputatı Fazil Mustafa bu yaxınlarda "Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişiklik edilməsinə dair parlamentin plenar iclası zamanı bütün dövlət orqanlarında çalışan şəxslərin narkoloji test müayinəsindən keçirilməsinin vacib olduğunu bildirib.

Anews.az-a açıqlamasında deputat qeyd edib ki, bu təklif artıq verilib yəqin ki, nəzərə alınacaq.

"Qanuna görə, Azərbaycanda hərbiləşmiş qurumlarda çalışan şəxslərin bu testdən keçməsi nəzərdə tutulub. Amma bu ölkə daxilində fəaliyyət göstərən bütün dövlət qurumlarına şamil edilməlidir. Yoxsa bunun başqa fəsadları meydana gələcək”, - deputat deyib.

Bəs görəsən nazirliklərin bu təklifə münasibəti necədir?

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirildi ki, nazirlik işçiləri işə q'bul etdiyi  zaman sağlamlıq haqqında arayış tələb edir. Həmçinin işə götürülən şəxsin narkoloji dispanserdə qeydiyyatda olub olmadığına dair sorğunun nəticilərinə uyğun qərar verir. Nazirlikdə son 4 ildə kiminsə narkotik istifadəçisi olması faktı aşkarlanmayıb.

Daxili İşlər Nazirliyindən bütün işçilərin ildə iki dəfə bütün tibbi müayinələrdən o cümlədən narkoloji testdən keçdiyi bildirilib. 

Fövqəlada Hallar Nazirliyi isə bu test yoxlamasının  hansı formada aparılması barədə məlumatın məxfi olduğunu deyib. 

Təhsil, Səhiyyə, Vergilər, Energetika, Maliyyə, Rəqəmsal İnkişaf və Rabitə Nnazirliklərindən bildirdilər ki,  "Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”na əsasən dövlət qulluğuna müraciət etməzdən qabaq bir sıra tibbi yoxlamalardan, o cümlədən narkoloji yoxlamadan keçir.

Kənd Təsərrüfatı Nazirliyi, Sosial Tədqiqatlar Mərkəzi, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz ASC-dən isə sorğuya cavab olaraq bildiridi ki, "Dövlət qulluğu haqqında" qanunda və Əmək Məcəlləsində işə götürmə ilə bağlı narkoloji testə dair heç bir tələb qoyulmayıb. Buna görə də bu testi vermək  tələb olunmur. 

Sorğu göndərdiyimiz digər nazirlik və qurumlar isə sorğuya cavab vermədi.

Həkim narkoloq Araz Əliquliyev anews.az-a açıqlamasında bildirib ki, işçilərin davranış və psixioloji durumunda şübhə edici hallar olarsa rəhbərliyin səlahiyyəti var ki, onun narkoloji testdən keçməsini tələb etsin.

"Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq bir sıra dövlət və məsuliyyətli vəzifələrin icrası zamanı bu testin müayinəsi aparılır. Digər vəzifələr üçün bu nəzərdə tutulmayıb. Narkotik sadəcə  bir xəstəlikdir. Vətəndaş ondan istifadə edirsə və öz vəzifəsini icra edə bilmirsə  əmək məcəlləsinə uyğun olaraq onun haqqında tədbir görülə bilər. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində hal hazırda 350-ə qədər xəstə stasionar müalicə alır. Onlardan 9-u qadın, 241 nəfəri isə kişidir. Mərkəzin İxtisaslaşdırılmış şöbəsində 74 xəstə məcburi müalicə alır. 

Əmək Məcəlləsinin 62 maddəsinin "a" bəndində qeyd olunur ki, işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda işdən azad olunur.

Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol