• $
  • €
  • ₽
  • ₺
  • £

Qətlə yetirilən 25 yaşlı qadın uşağını görməyə gedibmiş - Təfərrüat

Qətlə yetirilən 25 yaşlı qadın uşağını görməyə gedibmiş - Təfərrüat
15.04.2022 14:24
Aprelin 14-ü Mingəçevir şəhərində 25 yaşlı Şaxanım Ələkbərovanın qətlə yetirilməsinin təfərrüatı məlum olub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə il əvvəl ailə quran cütlüyün 1 qızı dünyaya gəlib. Sonradan onların münasibətləri kəskinləşdiyindən Şaxanım Ələkbərova həyat yoldaşından rəsmən boşanıb. Lakin 28 yaşlı Yasin keçmiş həyat yoldaşı ilə münaqişəli vəziyyəti davam etdirib və onu təqib edib.

Bildirilir ki, Şaxanım Ələkbərova Bakı sakinidir və həyat yoldaşından boşandıqdan sonra paytaxtda yaşayıb. Məhkəmə onlar boşanarkən uşağı atasına verib. Bu səbəbdən dünən Şaxanım Mingəçevirə övladını görməyə gedib. Lakin şəhərin Heydər Əliyev prospektində yerləşən parkda - Yasin Məhərrəmovun yaşadığı binanın yaxınlığında onların arasında mübahisə yaranıb. Bu zaman Yasin bıçaqla eks-xanımına hücum edərək ona zərbələr endirərək qətlə yetirib. O, qadının meyitini yol kənarında qoyaraq polisə təslim olub.

Məhərrəmovun narkotik vasitə istifadəçisi olduğu deyilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol