• $
  • €
  • ₽
  • ₺
  • £

Çindən edilən sifarişlər niyə aylarla gecikir? - Rəsmi cavab

Çindən edilən sifarişlər niyə aylarla gecikir? - Rəsmi cavab
16.04.2022 15:30
Son zamanlar vətəndaşlar xaricdən, xüsusilə Çindən göndərilən poçt bağlamalarının həddən artıq gec gəlməsindən şikayətlənirlər. Vəziyyət o həddə çatıb ki, bağlamalar 2-3 aya belə alıcıya çatmır. 

"Qafqazinfo” məsələ ilə bağlı "Azərpoçt” MMC-nin mövqeyini öyrənib. Qurumdan bildirilib ki, son bir aydan çox davam edən gecikmələrə səbəb Rusiya-Ukrayna münaqişəsidir.

"Hazırda elektron ticarət mallarının əsas hissəsi Azərbaycana Latviya (Latviya Poçtu) üzərindən gəlir. Bu da məsafə baxımından uzaq olduğundan ləngimələrə səbəb ola bilir. Bununla belə, problemin həlli istiqamətində Latviya Poçtu bir sıra tədbirlər görməkdədir”, - deyə məlumatda qeyd olunur.

Əlavə edilib ki, gecikmələrin səbəbi bəzən sifarişçilərin özündən də qaynaqlana bilir.
 
"Bu kimi səbəblərə aşağıdakı halları göstərmək olar: sifariş verilən zaman alıcının ünvanının düzgün yazılmaması, seçilmiş yaxın poçt şöbəsinin indeksinin dəqiqləşdirilərək qeyd olunmaması, alıcıya poçt göndərişinin çatması barədə SMS bildirişinin göndərilməsi üçün mobil nömrənin qeyd olunmaması.

Bununla belə, "Azərpoçt” Müştəri Xidmətləri Mərkəzi gecikmələrlə bağlı yaşanmış halları göndərişin izləmə kodu məlumdursa, eyni zamanda göndərişin tarixindən 6 aydan çox vaxt keçməyibsə, araşdırmağa hazırdır”, - bildirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol