Müsavatçılar Ukraynaya dəstək aksiyası keçirdi

Aprelin 17-də Müsavat Partiyasının fəalları Ukraynanın Bakıdakı səfirliyinin önündə dəstək aksiyası keçirib. Bu barədə fəallar özlərinin feysbuk hesablarında məlumat yayıb.
İştirakçılar "Rus işğalına son!”, "Yaşasın Ukrayna xalqı!”, "Yaşasın Ukrayna xalqının demokratik yolla seçilmiş prezidenti Zelenski!”, "Qələbə yaxındadır Ukrayna!”, "Azərbaycan sizinlədir, Ukrayna xalqı!”, "Putin qatildir!” şüarları deyib.
Cari ilin 24 fevralından Rusiya Ukraynaya qarşı hərbi hücumlara başlayıb. Həmin gündən etibarən müxtəlif ölkələrdə Ukraynaya dəstək aksiyaları keçirilir.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər 
Daha çox 























