• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücü yol polisini qayda pozuntusunda qınayır, polis isə bununla razı deyil

Sürücü yol polisini qayda pozuntusunda qınayır, polis isə bununla razı deyil
21.04.2022 11:11
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı yol hərəkəti qaydalarını pozub. Bu barədə Memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev sosial şəbəkələrdə paylaşım edib.

O bildirib ki, Teymur Əliyev küçəsində işıqforun qırmızı işığında dayanan zaman DYP avtomobili (99-YP-414) əks istiqamətdə hərəkət edərək, ikili ağ ayırıcı zolaqların (1.3 xəttinin - red.) üstünə çıxıb. Heç bir qəza işıqlarını və ya qırmızı-göy yanıb-sönən işıqları (sayrışan işıqları - red.) yandırmayaraq əks istiqamətdə hərəkət edib və eyni yolda 4 dəfə kobud şəkildə qayda pozub.

Məsələ ilə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, "Yol Hərəkəti Haqqında" qanunun 20-ci maddəsinə görə, Dövlət Yol Polisinə aid maşın operativ nəqliyyat sayılır və  lazım olan zaman qayda pozmaq səlahiyyətinə malikdir.
 
"Qanunda müəyyən olunub ki, hansı hallarda operativ nəqliyyat vasitələri qayda poza bilər.Məsələn təcili çağırışa gedə bilər, qəza yerinə tələsə bilər. Maraqlıdır yol polisi bu paylaşımı edən şəxs üçün hansı həyati təhlükəni yaradıb? Belə qaragüruh olmağa dəyməz. Cəmiyyətdə polisə belə münasibət göstərmək doğru deyil. Onsuzda yol polisinin özünə də nəzarət edən strukturlar var. Əgər polis iki təkər qaldırsaydı,yolu etdiyi hər hansı bir hərəkətə görə iflic etsəydi onda bu barədə danışmaq olardı.Belə paylaşımlar edib ətrafın diqqətin üzərinə çəkməyə ehtiyac yoxdur.Bu cür paylaşımlar sadəcə yol polisini gözdən salmaq üçündür. Polis bu cəmiyyətin bir üzvüdür", - Araz Əsgərli vurğulayıb. 
 
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, yol polisinin səsgücləndirici və yanıb-sönən işıqlardan istifadə etməməsi sadəcə mexaniki səhv ola bilər.
 
"Qaydalara görə operativ əməliyyat avtomobillərinin sayrışan işıqlarını yandıraraq və səs siqnalını qoşaraq müəyyən qaydaları pozamasına icazə verilir. Çünki yol polisi bunu vəzifə səlahiyyətləri çərçivəsində bunu icra edir. Xəbərdaredici siqnal və işıqları yandırmadan qayda pozmaq olmaz. Ola bilər ki, bu halda qayda pozan yol polisləri səhlənkarlığa yol verib",- ekspert vurğulayıb. 

Gülnar Nazimqızı 

www.anews.az
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol