• $
  • €
  • ₽
  • ₺
  • £

Rafael Cəbrayılovun növbəti məhkəməsi keçirilib - Şahidlər dindirilir

Rafael Cəbrayılovun növbəti məhkəməsi keçirilib - Şahidlər dindirilir
28.04.2022 14:16
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Proses hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutub.
 
Prosesdə məhkəməyə gəlməkdən yayınan zərərçəkmiş Təranə Fətəliyeva bildirib ki, mərhum deputat Rafael Cəbrayılov ilə qohum olduqları üçün ona borc verib:
 
"Mənə dedi ki, bina tikmək istəyirəm, kömək etsən yaxşı olar. Bütün qohumlar da yığılıb kömək etdik. Hazırda mənə 300 min manat borcu qalıb."
Vəkilin suallarını cavablandıran zərərçəkmiş bildirib ki, R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdan 100 min manata ev alıb.
Vəkillərin şahidə veriləsi əlavə suallarının olduğu üçün şahid növbəti iclasda ifadəsini davam etdirəcək.
 
Növbəti proses mayın 12-də keçiriləcək.
 
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.
 
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.
 
Cəbrayılov məhkəmə istintaqı gedişində 2021-ci ilin sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol