Media-biznes əməkdaşlığı üçün işlər gedir - Əhməd İsmayılov

Azərbaycanda media-biznes əməkdaşlığı üçün işlər gedir, bunu Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən "METRİX" platformasının təqdimatı zamanı çıxışında deyib.
"Milli sayğacın olmasına ehtiyac var idi. Medianın İnkişaf Agentliyinin bu layihəsi biznes çərçivəsində ilk gördüyü işdir.Onlayn mediaların reklam bazarında problemləri var. Agentlik media subyektləri üçün də əlavə reklam fürsətinin yaradılması istiqamətində işlər görür", - icraçı direktor bildirib.
Bu gün Medianın İnkişaf Agentliyi Metrix.az platformasının təqdimatını keçirib. Bu Azərbaycanda fəaliyyətə başlayan ilk yerli platformadır. Təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə cəmləyə biləcək.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























