• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan "Qarabağ" brendi ilə balın Avropaya ixracına hazırlaşır

Azərbaycan "Qarabağ" brendi ilə balın Avropaya ixracına hazırlaşır
11.05.2022 14:35
Qarabağda istehsal edilən bal gələcəkdə Azərbaycanın ümumi bal istehsalının 30 %-ini təşkil edə bilər.
 
Bunu Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.
 
Onun sözlərinə görə, hazırda Kəlbəcərə arı ailələrin köçürülmə prosesi davam edir: "Kəlbəcər, Laçın rayonlarına təxminən 20 mindən çox arı ailələrinin köçürülməsi nəzərdə tutulur. Ötən il köçürülən arı ailələrin sayı 2 min idi. Xocəvəndə də arı ailələrinin köçürülməsi üçün artıq müraciətlər var, həmçinin icazələr də var. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həmin ərazilərə köçəcək arıçı fermerlərə təlim keçir. Bundan sonra, arıçı fermerlərə ərazilərə köçmək üçün icazələr verilir".
 
O bildirib ki, azad edilmiş ərazilərə böyük həcmdə arıçılıq təsərrüfatları köçürülür.
 
Bədrəddin Həsrətov qeyd edib ki, Qarabağ adını brendləşdirərək, bu ad altında ölkənin bazarlarında artıq bal satışına başlanılıb: "Həmin şirkət artıq "ABAD” publik hüquqi şəxslə işləməyə başlayıb".
 
Bədrəddin Həsrətov vurğulayıb ki, torpaqlarımız azad edilməmişdən əvvəl ermənilər "Kalbajar” adı altında ərazilərimizdə istehsal edilmiş balı Avropaya göndəriblər: "Biz aktivləşsək, erməniləri dünya bazarından çıxara bilərik. Lakin Avropa İttifaqı ölkələrinə arıçılıq məhsullarının ixracı üçün xüsusi icazəlrin alınması tələb olunur. Hazırda biz heyvan mənşəli qidaların ixracını həyata keçirə bilmirik. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə çalışır, Aİ ölkələrinə bal ixracına icazə almaq istəyir. Hazırda danışıqlar aparılır ki, məhdudiyyətlər aradan qaldırılsın. Müsbət cavab artıq verilib, bununla bağlı Aİ ölkələrindən ekspertlər gələcəklər, əraziləri yoxlayacaqlar, balın süzülmə prosesini, qablaşdırma yerlərini nəzarətdən keçirəcəklər. Bundan sonra, Aİ ölkələrinə bal ixracına icazələr veriləcək”.
 
Onun sözlərinə görə, ötən il ölkədə 7 min ton bal süzülmüşdü: "Bu il isə daha çox bal süzümünü gözləyirik, hədəfimiz 10 min tondur. Ümumiyyətlə, ölkədə istehsal həcminin artmasını gözləyirik”.
 
 Kəllbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatıb.(Report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol