• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
16.05.2022 13:51
Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Nozirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
 
Səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etməkdir.
 
Sabah- mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üçüncü ümumi konfransı keçiriləcək.
 
Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.
 
İştirakçılar əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.
 
Milli Məclisin plenar iclas zalında keçiriləcək İƏTPA-nın Üçüncü Ümumi Konfransında "Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol