• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı

Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı
17.05.2022 09:33
"Akkord” şirkətlər qrupuna daxil olan "Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət qarşısında külli miqdarda vergi borcunun olduğu məlum olub.
 
 Bakının Nərimanov rayonu, Teymur Əliyev küçəsi k 59. (İndiki Məmməd Araz) ünvanında qeydiyyatda olan şirkətin hazırda vergi borcu 2 122 041.59 manat təşkil edir.

Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab sutəmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.
 
Şirkət 2010-cu ildən başlayaraq bir sıra rayonda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini həyata keçirir.
 
Eyni zamanda şirkətlər qrupuna daxil olan "Akkord Tekstil” MMC-nin 103 400.06 manat, "Körpü-Tünel Tikinti” MMC-nin də 269 274.31 manat vergi borcu mövcuddur.
 
Bundan başqa, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin özü də məhkəməlik olub. Belə ki, sözügedən qurum Nərimanov Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham olunur.
 
Sözügedən maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Porsesə hakim Vüsal Qurbanov sədrlik edəcək.
 
 Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.(Qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol