• $
  • €
  • ₽
  • ₺
  • £

Aydın Balayevin Xalq Cümhuriyyəti ilə bağlı yeni kitabı nəşr edilib

Aydın Balayevin Xalq Cümhuriyyəti ilə bağlı yeni kitabı nəşr edilib
21.05.2022 12:17
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü idönümü ərəfəsində tarix elmləri doktoru Aydın Balayevin "Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917-1918-ci illər milli mücadiləsi" adlı kitabı nəşr edilib. 

Bu yaradıcılığını əsasən Azərbaycan tarixinin AXC dövrünə həsr etmiş alimin ömrünün son günlərində yazdığı amma çap edə bilmədiyi 3 əsərindən ikincisidir. 

Tədqiqatda Azərbaycan milli hərəkatının müstəqil bir siyasi qüvvə kimi formalaşmasının ilkin tarixi şərtləri təhlil edilir və onun inkişafının əsas mərhələləri müəyyənləşdirilir. Əsərdə həmçinin milli hərəkatın formalaşması və təkamülü prosesi haqqında  bir sıra polemik müddəalar  irəli sürülür. 
 
Əsər JekoPrint ("Kitab klubu") nəşriyyatında çap edilib. Kitab tarixçilər, etnoloqlar, politoloqlar və Azərbaycan milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 
 
Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O doxsanadək elmi əsərin müəllifidir.  Alimin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol