• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan diasporunun sabiq rəhbəri Rusiyadan deportasiya edild

Azərbaycan diasporunun sabiq rəhbəri Rusiyadan deportasiya edild
21.05.2022 13:57
Moskva vilayətindəki Azərbaycan diasporunun sabiq rəhbəri Qalib Ağayev Rusiya Federasiyasından deportasiya edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Qalib Ağayev mayın 19-da Rusiyadan deportasiya olunub.

Qalib Ağayevlə birlikdə Rusiyadan diaspor fəalı, vaxtı ilə iş adamı Füzuli Məmmədovun köməkçisi kimi çalışmış, "Patriot TV” "Youtube” kanalının rəhbəri Ceyhun Əliyev də deportasiya olunub. Onlar hüquq-mühafizə orqanlarının müşayiəti ilə Moskvanın "Domodedovo” hava limanından Azərbaycana deportasiya ediliblər.

Qalib Ağayev haqqında ötən ilin sonunda Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi tərəfindən Rusiyadan deportasiya olunmaq qərarı çıxarılıb.

Məhkəmə Ağayev Qalib Şəmsəddin oğlunu inzibati xəta törətməkdə təqsirli bilib və onu Rusiya ərazisindən məcburi çıxarılmaqla beş min rubl məbləğində cərimələyib. Bundan başqa, məhkəmə Qalib Ağayevin Yeqorsk şəhər dairəsindəki Rusiya Daxili İşlər Nazirliyinin əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

keçmiş diaspor rəhbəri Rusiya İnzibati Xətalar Məcəlləsinin Rusiya Federasiyasında qalma (yaşayış) hüququnu təsdiq edən sənədlərin olmaması və ya belə sənədlərin itirilməsi ilə ifadə edilən Rusiya Federasiyasında qalma (yaşayış) rejiminin xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən pozulması, onların itirilməsi barədə müvafiq orqana ərizə təqdim edilmədikdə və ya müəyyən müddətdən sonra Rusiya Federasiyasını tərk etməkdən yayındıqda, bu hərəkətlərdə cinayət əlamətləri olmadıqda maddəsini pozmaqda təqsirli bilinib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol