• $
  • €
  • ₽
  • ₺
  • £

“Mediada gender bərabərliyi və peşəkarlıq” mövzusunda təlim keçirilib

“Mediada gender bərabərliyi və peşəkarlıq” mövzusunda təlim keçirilib
03.06.2022 22:06
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə gender bərabərliyi və ayrı-seçkilik mövzularında media nümayəndələrinin peşəkarlığının artırılması məqsədi ilə onlar üçün "Mediada gender bərabərliyi və peşəkarlıq” adlı 2 günlük təlim keçirilib.


Təlimin açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verib, həmçinin bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb.


Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə mediada gender məsələləri ilə bağlı jurnalistlərin ixtisaslaşmasının müvafiq mövzunun ətraflı işlənməsi və peşəkar səviyyədə cəmiyyətə təqdim edilməsi baxımından əhəmiyyətini qeyd edib. 


Təlimin birinci günündə Türkiyə Respublikası ilə telekörpü yaradılıb, Qadının Statusu Ümumi Müdirliyinin eksperti Vesile Kılıç "Mediada qadın təmsilçiliyi” mövzusunda çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Həmçinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov "Gender bərabərliyi və cinsi ayrı-seçkilik”, media eksperti Aynur Bəşirli "Gender stereotipləri” mövzularında təqdimatla çıxış ediblər.


Təlimin ikinci günündə isə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova 
"Mediada gender anlayışı: yerli və xarici təcrübə”  mövzusunda çıxış edib. O, mediada qadın və kişi  təmsilçiliyi, işıqlandırılan materiallarda üstünlük təşkil edən mövzular, eləcə də medianın ictimai rəyə təsiri ilə bağlı məlumatları dünya təcrübəsi ilə müqayisəli şəkildə təqdim edib. 


Daha sonra  Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "Medianın fəaliyyətində gender bərabərliyinin təminatları haqqında qanunvericiliyin müəyyən etdiyi öhdəliklər və standartlar" mövzusunda çıxış edib. Təlimçi milli qanunvericilikdə gender bərabərliyinin təminatlarından bəhs edib. 


Sonda media eksperti Aynur Bəşirli "Mediada gender bərabərliyi" mövzusunda çıxış edib. Ekspert, təqdimatında mediada gender stereotipləri, hazırlanan materiallarda gender balansı ilə bağlı məqamlar haqqında məlumat verib. 


İnteraktiv müzakirələrlə keçən təlimin sonunda  iştirakçılara sertifikatlar təqdim edilib.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol