• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə istefa verim, işgəncələrin qarşısını mən almışam - Xanlar Vəliyev

Niyə istefa verim, işgəncələrin qarşısını mən almışam - Xanlar Vəliyev
16.06.2022 19:19
Hərbi prokuror Xanlar Vəliyev "Tərtər cinayəti" üzrə araşdırmanın qeyri obyektiv aparılması fikri ilə razılaşmır və buna görə istefa vermək fikrində deyil. Bunu Gununsesi.info-ya açıqlamasında Hərbi Prokuror Xanlar Vəliyev "Tərtər cinayəti” qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibətində söyləyib.
 
"Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqd",  Vəliyev bildirib. 

Xanlar Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb.
 
"Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında Dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var.
 
Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb”.
 
"Tərtər işgəncələri”ndə adları çəkilən şəxslərin məsuliyyətdən kənarda qalması iddialarına necə yanaşırsınız” sualına Xanlar Vəliyev belə cavab verib:
 
"Hərbi Prokurorluq qanunla üzərinə düşən nə vəzifə varsa, onu da edib. Bu iş bağlanmamışdı. Açıq qalmışdı, onun da səbəbləri vardı. Sonradan bilirsiniz ki, müharibə başladı. İndi də bu gün bu iş üzrə araşdırma davam edir. Gələcəkdə nə olacaqsa, onu Baş Prokurluqdan soruşa bilərsiniz”, Xanlar Vəliyev deyib.
 
2017-ci ilin mayında  Qarabağla bağlı münaqişənin növbəti mərhələsindən sonra Azərbaycanda hərbçilər kütləvi şəkildə həbs edilib və işgəncələrə  məruz qoyulub.  Tərtər rayonunun administrativ binasında işgəncələrlə üzləşən hərbçilərdən Ermənistanın xeyrinə casusluqla məşğul olmalarını etiraf etmək tələb olunub. 

Hüquq müdafiəçilərinin sözlərinə görə, işgəncələr nəticəsində 11 nəfər ölüb.

Həm işgəncələrə məruz qalmış hərbçilər, həm də onların ailə üzvləri saxlananların soyundurulduğunu, çubuqla döyüldüyünü, dırnaqlarının çıxarıldığınl, yaralarına elektrik cərəyanı buraxıldığını, pəncərədən atıldığını bildiriblər.

Casusluq etdiyini boynuna alan 25 nəfərə 12 ildən 20 ilədək həbs cəzası verilib. Məhkəmələr onların işgəncə altında ifadə vermələri faktını nəzərə almayıb. Öz etiraflarından başqa, cinayət işində onlara qarşı hər hansı ciddi sübut yoxdur.

İşgəncəyə məruz qalmış və hərbi xidmətdən uzaqlaşdırılmış hərbçilər əvvəlki vəzifələrinə bərpa olunmaq istəyirlər. İşgəncə altında öz əleyhinə ifadə verənlərin qohumları isə onların azadlığa buraxılmasını  tələb edirlər.

Öldürülənlərin yaxınları işgəncə verənlər haqqında yüngül hökmlər çıxarıldığını və yeni daha ağır cəzalarla əvəzlənməsini istəyir. Onlardan yalınız birinə - keçmiş mayor Fuad Ağayevə 10 il həbs cəzası  verilib.

2021-ci ilin noyabrında keçirdiyi mətbuat konfransında Xanlar Vəliyev iş üzrə 102-103 zərərçəkən olduğunu bildirib.

Prokuror həmçinin deyib ki, "erməni xislətli şəxslər" bilərəkdən "Tərtər işi"ni şişirdir və "tamamilə əsassız şəkildə bu məsələni gündəmə gətirməyə çalışırlar".

2021-ci ilin dekabrında Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı bəyanata görə,  kütləvi işgəncə halları ilə bağlı yeni ibtidai istintaq başlanıb və Baş prokurorun birinci müavini Elçin Məmmədov bu işi "xüsusi nəzarətə" götürüb.

Gülnar Nazimqızı
N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol