• $
  • €
  • ₽
  • ₺
  • £

Son iki ildə Aİ və ÜST-nin Azərbaycana verdiyi tibbi avadanlıqların sayı açıqlanıb

Son iki ildə Aİ və ÜST-nin Azərbaycana verdiyi tibbi avadanlıqların sayı açıqlanıb
20.06.2022 21:30
2020-ci ilin aprel ayından bu günə qədər - pandemiya dövründə 521 tibb avadanlığı, o cümlədən 6 ventilyator və 1 BiPAP cihazı, 81 pasiyent monitoru, 141 oksigen konsentratoru və 229 nəbz oksimetri Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində milli tərəfdaşlara təhvil verilib.


Bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Çertomir Fisinger layihənin bağlanış mərasimində çıxışı zamanı deyib.


O qeyd edib ki, həmin müddətdə COVID-19-la ön cəbhədə mübarizə aparanların sağlamlığını qorumaq üçün 1 milyondan artıq fərdi mühafizə vasitəsi və 17 600 əl gigiyenası ləvazimatı ölkənin tibb müəssisələrinə təqdim edilib.


Onun sözlərinə görə, layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilib: "COVID-19-la mübarizə potensialının gücləndirilməsi məqsədilə 7 800 tibb işçisi, tibb tələbəsi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis və media nümayəndəsi müvafiq təlimlərə cəlb edilib.


COVID-19 hallarının idarə edilməsi üzrə təlimatın yenilənməsi və infeksiyanın profilaktikası və nəzarət (İPN) üzrə İşçi Qrupunun yaradılması və fəaliyyəti dəstəklənib. Layihə tərəfindən 23 tibb müəssisəsi İPN üzrə, 5 tibb müəssisəsi COVID-19 hallarının idarəolunması, 7 tibb müəssisəsi oksigen təchizatı və istifadəsi üzrə qiymətləndirilib və müvafiq tövsiyələr verilib. Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü ilə ölkənin iki ən böyük psixi sağlamlıq müəssisəsinə 9 ay ərzində psixoloqlar və sosial işçilər tərəfindən psixoloji yardım və psixo-sosial dəstək verilib".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol