• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI

Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI
21.06.2022 13:02
2022-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 468,1 min turist gəlib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi deməkdir. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
 
 
Gələnlərin 24,8 faizi Türkiyə, 24,7 faizi Rusiya Federasiyası, 13,8 faizi İran, 5,6 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Ukrayna, hər birindən 2,4 faiz olmaqla Hindistan və Pakistan, 1,7 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 12,9 faizi digər ölkələrin vətəndaşları olub.
 
Gələnlərin 79,7 faizini kişilər, 20,3 faizini qadınlar təşkil edib.
 

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 505,9 dəfə, Səudiyyə Ərəbistanından - 198,2 dəfə, Küveytdən - 172,8 dəfə, Bəhreyndən - 70,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 69,5 dəfə, Pakistandan - 44,0 dəfə, Hindistandan - 26,5 dəfə, İsraildən - 9,1 dəfə, ABŞ-dan - 6,0 dəfə, Qazaxıstandan - 5,0 dəfə, Almaniyadan - 3,5 dəfə, Fransadan - 3,3 dəfə, Ukraynadan - 2,2 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,1 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 17,7 faiz artıb.

2021-ci ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,9 dəfə artaraq 107,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə artaraq 22,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 149,7 min nəfər olub.
 
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54,0 faizi hava, 44,2 faizi dəmir yolu və avtomobil, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.
 
                                                                                                                          
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 dəfə artaraq 530,2 min nəfər olub.
 
İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,0 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,5 dəfə artmışdır. Ölkə vətəndaşlarının 46,8 faizi Türkiyəyə, 15,6 faizi Rusiya Federasiyasına, 13,3 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,1 faizi digər ölkələrə səfər edib.
 
Gedənlərin 66,7 faizini kişilər, 33,3 faizini qadınlardır.

2022-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 55,4 faizi hava, 41,8 faizi dəmir yolu və avtomobil, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol