• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimovun növbəti gəmisi Xudayarın adını daşıyacaq

Mübariz Mənsimovun növbəti gəmisi Xudayarın adını daşıyacaq
23.06.2022 10:48
"Palmali Holding" şirkətinin növbəti gəmisinə İkinci Qarabağ Müharibəsində şəhid olan Xudayar Yusifzadənin adı veriləcək. Bu barədə anews.az-a açıqlamasında şirkətin mətbuat katibi Fidan Quliyeva bildirib.
 
"Dəniz sularına buraxılacaq növbəti gəmimiz Xudayar Yusifzadənin adını daşıyacaq. Şirkətin prezidenti Mübariz Mənsimov bununla bağlı şəhidin anası Radə Qurbanovaya zəng edərək razılıq da alıb. Sözügedən gəminin yola salınması üçün tədbirə şəhidin anası və ailə üzvləri dəvət olunub. 
 
Xudayar Yusifzadə Bərdənin Qazıqurdalı kəndində anadan olub. 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.O, müharibə zamanı oxuduğu "dastana döndü" mahnısı daha da sevildi. Müharibədə qəhrəmancasına döyüşməsinə görə"Vətən uğrunda" medalı ilə təltif edib.

"Palmalı Holding" şirkəti tərəfindən indiyə kimi 7 gəmiyə Azərbaycan şəhidilərinin adı verilib. Sulara buraxılan gəmilər general şəhid Polad Həşimov,  Pəncəli Teymurov, İman və Bəhram qardaşları, Adil İbrahimli, Xudayar Yusifzadə və Əli Nəcəfovun adını daşıyır.
 
General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
 
Pəncəli Teymurov 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabirin və 20 əsgərin olduğu "Ural” markalı maşını partladaraq onların hamısını məhv edir. 2016-cı ilin aprel hadisələrinin ilk günü Pəncəli öz döyüş yoldaşları ilə erməni təxribatının qarşısını almağa yola düşür. O, ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Mühasirəyə düşsə də, son damla qanına kimi döyüşür və düşmənə ağır zərbələr endirdikdən sonra şəhid olur.
 
İman və Bəhrəm qardaşları 2020-ci il İkinci Qarabağ Müharibəsində oktyabrın 27-də Qırmızı Bazar ətrafında gedən gərgin döyüşlər zamanı şəhid olublar. Hər iki qardaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
 
Baş kəşfiyyatçı Adil İbrahimli urovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. 40 gün vuruşub. Son tapşırığı Şuşada olub və elə orada da böyük şücaət göstərib. Noyabrın 7-də şəhidlik zirvəsinə ucalıb.Prezidentin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı” medalına layiq görlüb.
 
Əli Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Tüklə kəndində dəfn olunub.  
 
 
 Gülnar Nazimqızı
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol