• $
  • €
  • ₽
  • ₺
  • £

“Millət vəkilləri gəlmişdi deyə “Qoç ət”də qazilərə çay verilmədi”

“Millət vəkilləri gəlmişdi deyə “Qoç ət”də qazilərə çay verilmədi”
23.06.2022 12:10
Şuşadakı "Qoç Ət” restoranında Vətən müharibəsi qazilərinə hörmətsizlik edilməsi ilə bağlı məlumat yayılıb. Bu barədə sosial şəbəkədə jurnalist Vəfa Şəhlayi status paylaşıb.

Onun sözlərinə görə, restoran orada millət vəkillərinin olmasını əsas gətirərək hərbçilərə xidmət göstərməkdən imtina edib: "Şuşadakı "Qoç Ət”, səviyyəsizliyin bu qədəri olmaz... Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yedik deyə bizi qəbul elədilər. Axşam girdik çay içməyə, əvvəlcə dedilər yaxşı, gətirərik. Sonra ofisiant getdi, adminstratorla məsləhətləşdi gəldi ki, indi sizə çay verə bilmərik. Çünki Bakıdan qonaqlar gəliblər, millət vəkilləri var, buna görə bizim sadəcə çay sifarişimiz qəbul olunmadı. Gedib dedim ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?! Deyir yuxarıda adamlar var, samovarda su qurtarıb...”
 

Şəhlayi əlavə edib ki, restoranda yalnız xüsusi endirim kartı olan hərbçilərə endirim PR-ı edirlər.

Məsələ ilə bağlı "Qoç ət” restoranı ilə əlaqə saxladıq. Restorandan sosial şəbəkədə yayılan məlumatın həqiqətə uyğun olmadığı bildirildi: "Dünən sosial şəbəkələrdə haqqımızda yayılan məlumat heç bir halda həqiqəti əks etdirmir. Bu, çirkin şər, böhtan və qarayaxmadan başqa bir şey deyil. Şuşa şəhərindəki restoranımızda sifarişin gecikməsini guya imtina edilməsi kimi qələmə verənlərə ayıb olsun! Xalqın gözü tərəzidir. Azərbaycanın yerli brendi olaraq daim müzəffər Ali Baş Komandan, cənab Prezidentin, şəhid ailələrimizin, qazilərimizin, hərbçilərimizin və xalqımızın yanındayıq və bundan qürur duyuruq!” 
Xatırladaq ki, ötən il də sosial şəbəkədə "Qoç ət”in Şuşa filialında nahar edən hərbçilərimizə 700 manat məbləğində hesab gəlməsi ilə bağlı xəbər yayılmışdı. İddia edilirdi ki, bu səbəbdən restoranın idarəçiləri ilə hərbçilər arasında mübahisə düşüb. Restoranlar şəbəkəsindən isə sözügedən məlumatı təkzib edərək böhtan və təxribat adlandırmışdılar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol