• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə abituriyentlərin 700 bal toplaya bilməməsindən danışdı

Məleykə Abbaszadə abituriyentlərin 700 bal toplaya bilməməsindən danışdı
02.07.2022 14:26
Buraxılış və qəbul imtahanlarında maksimal 700 bal toplanması ümumi prosesi xarakterizə etmir. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri deyib ki, kütləvi prosesi xarakterizə edən orta abituriyentin nəticələri, yaxud misal olaraq, 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayıdır.

"Bu, daha vacib göstəricilərdir. Hər zaman qeyd etmişəm ki, maksimal 700, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoq fərq görməyəcək. Çünki onlar onsuz da eyni səviyyəli abituriyentlərdir. Burada ola bilsin ki, hansısa bir suala cavab verməyib, yaxud texniki səhvə görə 700 bal toplaya bilməyib. Bu da formal göstəricidir. Əsas onu araşdırmaq lazımdır ki, ildən-ilə vəziyyət necə dəyişir? Təhsil sistemində hansı nəticələri görürük?”, - o deyib.

Abbaszadə buraxılış imtahanlarında daha çox müsbət tendensiyanın müşahidə olunduğunu söyləyib.

"Xüsusilə Azərbaycan dili və ingilis dili fənnində bu müsbət amil qeydə alınır. Hələ ki xoşagəlməz nəticələr riyaziyyat fənnindədir ki, bunu da açıq şəkildə deyirik. Ola bilsin ki, bu il 11-ci sinfi bitirən şagirdlər riyaziyyat fənnini ayrı dərsliklərdən keçiblər, yaxud dərslikləri 7-8-ci sinifdə dəyişib. Burada daha dərində olan problemləri görmək lazımdır. Ümumilikdə isə hansısa detalı götürüb ümumi göstərici kimi ictimaiyyətə təqdim etmək lazım deyil”, - o əlavə edib.

Dim sədri vurğulayıb ki, buraxılış imtahanında maksimal 300 balı toplayanların qəbul imtahanında iki cəhdlik seçimdə iştirak etmək şansı var. 

"Lakin buraxılış imtahanında 300, qəbul imtahanının ilk cəhdində də 399 bal toplayan abituriyentə ikinci cəhddə iştirakını rəva bilməzdim ki, mütləq 700 bal toplasın. Bu ona heç lazım da deyil. Çünki bu ona fiziki cəhətdən ağır olacaq. Hər bir şəxs bu imtahanları verdikdə əvvəlcədən fikirləşməlidir ki, hansı istiqamətə gedəcək və nə işlə məşğul olacaq. Bu suallar üzərində fikirləşməlidir. Biz bu istiqamətdə işləməliyik. Abituriyentləri mütləq şəkildə 700 bal toplamalısan basqısı altında saxlamaq olmaz. Lazım olmayan faktı müzakirə etmək doğru deyil. Daha mürəkkəb faktlar və məsələlər var. Bunun üçün elmi yanaşma lazımdır”,- o qeyd etdi.(report.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol