• $
  • €
  • ₽
  • ₺
  • £

Batumidə Azərbaycan vətəndaşı 4 illik həbs edildi - Səbəb bina uçqunudur

Batumidə Azərbaycan vətəndaşı 4 illik həbs edildi - Səbəb bina uçqunudur
05.07.2022 12:34
Gürcüstanın Batumi şəhərində ötən ilin oktyabrında bina uçqunu ilə bağlı həbs olunan Azərbaycan vətəndaşı Zaur Budaqov 4 il müddətinə azadlıqdan məhrum edilib, bu barədə qərarı şəhər məhkəməsi qəbul edib.

İş üzrə itiham olunan digər iki şəxs - ata-oğul Hüseyn və Giorgi Surmanidze isə hər biri 3 il müddətinə həbs edilib.

Budaqovun vəkili müdafiə etdiyi şəxsə qarşı ittihamların absurd olduğunu bildiirb. O, məhkəmə qərarından şikayət verəcəyini deyib.

Batumidə yaşayış binasının bir bloku ötən il oktyabrın 8-də çöküb. Nəticədə 3-ü uşaq olmaqla 9 nəfər ölüb. Ekspertiziya əsasən, çökməyə səbəb birinci mərtəbədə Zaur Budaqova məxsus olan mənzildə dayaq divarının sökülməsi olub. Azərbaycan vətəndaşı və təmir işləri aparan digər iki şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasında texniki və təhlükəsizlik qaydalarının pozulması, həmçinin insan ölümü və digər ağır nəticələrə səbəb olan əşyanın yandırılması, partlayış və yaxud digər ümumi təhlükəli üsullardan istifadə etməklə zədələnməsi və ya məhvi maddələri üzrə ittiham olunublar.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol