Nisyə siqaret vermədiyi üçün qadını mağazasında baltaladı - TƏFƏRRÜAT - YENİLƏNDİ

Ötən gecə Yardımlı rayonunda törədilmiş dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ostayir kəndində 60 yaşlı Gülxar Məmmədovanı xüsusi amansızlıqla qətlə yetirən 1985-ci il təvəllüdlü Firqət Məsdiyev kənddə spirtli içki aludəçisi və narkotik istifadəçisi kimi tanınıb.
Bildirilir ki, ötən gün kənddə toy məclisi olub və G.Məmmədova mağazasından bəzi məhsulları götürərək toy keçirilən evin qarşısında səyyar piştaxta qurub. Gecə saatlarında Firqət Gülxara yaxınlaşaraq ondan nisyə siqaret istəyib. 60 yaşlı qadın isə Firqətə daha əvvəl aldığı malların pulunu vermədiyini deyərək siqaret verməkdən imtina edib. Sərxoş halda olan 37 yaşlı şəxs bir qədər uzaqlaşaraq balta götürüb və qaranlıqda G.Məmmədovaya yaxınlaşaraq onun başına zərbələr endirib. Daha sonra o, qətlə yetirdiyi qadının meyitini sürüyərək yaxınlıqdakı dükana salıb və qapını bağlayıb. Firqət Məsdiyev daha sonra dükana gedən elektrik naqilini də qoparıb.
Gülxar Məmmədovanınn meyitini ilk olaraq toyda iştirak edən yeniyetmə oğlan görüb. Belə ki, toydan çıxıb şirniyyat və şirə almaq istəyən uşaq piştaxtaya yaxınlaşdıqda Gülxar Məmmədovanı yerində tapmayıb. O, daha sonra yaxınlıqdakı dükana gedib və pəncərədən baxdıqda qadının qan içində qalmış meyitini görərək təşviş yaşayıb. Yeniyetmə oğlan qaça-qaça toyun keçirildiyi həyətə gəlib və meyit haqda hay salıb. Bundan sonra məclisdəki insanlar dükana tərəf axışıb və toy yarımçıq saxlanılıb.
Hadisəni törədən Firqət Təvəkkül oğlu Məsdiyev subay olub və kənddə qeyri-sağlam həyat tərzi sürən şəxs kimi tanınıb. O, artıq saxlanılıb.

-----------------------------
Yardımlıda xüsusi amansızlıqla qətl törədilib.
Ostayir kənd sakini Gülxar Məmmədova işlədiyi mağazada öldürülüb. Belə ki, mağazaya müştəri qismində gələn Firqət Məstiyev nisyə siqaret almaq istəyib, lakin qadın nisyə mal satmadığını bildirib. Bundan qəzəblənən kişi onun başına və bədəninə balta ilə zərbələr endirərək öldürüb.
Firqət Məstiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun hadisə zamanı içkili olduğu bildirilir. Belə ki, o, toydan çıxıb mağazaya gəlibmiş.
Yardımlı rayon prokurorluğundan bildirilib ki, iyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostayir kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava