• $
  • €
  • ₽
  • ₺
  • £

"Məktəblilərin Qida Bələdçiləri" layihəsinin nəticələri açıqlanıb

"Məktəblilərin Qida Bələdçiləri" layihəsinin nəticələri açıqlanıb
07.07.2022 10:43
"Məktəblilərin Qida Bələdçiləri" pilot layihəsi çərçivəsində 1600-ə yaxın şagird arasında düzgün qidalanma vərdişini aşılamaq istiqamətdə tədbir keçirilib. Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov bildirib. 

"Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 5 və 9-cu sinif şagirdləri arasında keçirilən sorğuda ümumilikdə 16 məktəbdən 1600 şagird iştirak edib. Anket formasında tərtib olunmuş sorğularda qida təhlükəsizliyi haqqında ümumi anlayışlar, sağlam qidalanma vərdişləri və qaydaları, gigiyenik tələblərə riayət olunması, düzgün maye qəbulu, fastfud yeməkləri və zərərli alışqanlıqlara münasibət, və s. istiqamətlər yer alıb", - o deyib.

O bildirib ki, 1000-ə qədər məktəbəqədər təhsil müəssisəsində AQTA tərəfindən monitorinq aparılıb. 

"Monitorinqlər əsasında aşkarlanan mənfi hallarla bağlı inzibati tədbirlər görülüb. Bütün monitorinq nəticələri Təhsil Nazirliyinə də göndərilib", - o deyib.
 
O qeyd edib ki, məktəblilər arasındakı sorğunun nəticəsinə əsasən, layihədən əvvəl və sonra aparılan testlər şagirdlərin qida vərdişlərindəki dəyişiklikləri əks etdirib.

"Belə ki, layihədən əvvəl qida təhlükəsizliyi anlayışı haqqında məktəblilərin 72%-i məlumatlı olduğu halda, layihədən sonra bu rəqəm 97%-ə çatıb. Layihənin reallaşmasından sonra AQTA-nın 1003 Çağrı Mərkəzi ilə bağlı məlumatı olan şagirdlərin sayı da artıb. Əvvəl Çağrı Mərkəzi ilə bağlı məlumatı olan şagirdlərin sayı 51% təşkil edirdisə, layihədən sonra bu rəqəm 95%-ə çatıb", - o deyib.

AQTA rəsmisinin sözlərinə görə, sorğudakı nəticədə aydın olub ki, səhər yeməyi uşaqların fiziki və zehni qabiliyyətinə, eləcə də akademik göstəricilərinə kifayət qədər təsir göstərir.

"Əgər layihədən əvvəl sorğuda iştirak edən şagirdlərin 20%-i səhər yeməyi yemədiyini bildirmişdisə, layihədən sonra bu göstərici 7%-ə düşüb. 
Sorğuda iştirak edən uşaqların 31%-i həftə ərzində heç balıq yemədiyini bildirib. Süd məhsulları qəbul etməyən uşaqlar isə 15% təşkil edib. Sorğudan sonra bu göstəricilər müvafiq olaraq 18% və 5%-ə qədər azalıb. Testin nəticəsinə görə, layihədən sonra həftədə 5 gündən çox şəkərli içki qəbul edən məktəblilərin sayı isə 25%-dən 5%-ə düşüb. Layihədən sonra həftədə beş gündən çox şirniyyat yeyən şagirdlərin sayı 13%-ə, çips yeyən uşaqların sayı isə 4%-ə qədər azalıb", - o bildirib.

Pilot layihə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı”, eləcə də UNICEF-in Azərbaycanda 2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə reallaşdırılıb.
 
Ləman Qasımova 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol