56 min müəllim test imtahanında iştirak edəcək

Müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 56 min şəxs imtahanda iştirak edəcək. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov qurumun "Facebook" hesabında "Təhsil masası" yayımında bildirib.
Onun sözlərinə görə, imtahanda iştirak üçün müraciət edən 4 min şəxsə imtina cavabı göndərilib.
www.anews.az
Onun sözlərinə görə, imtahanda iştirak üçün müraciət edən 4 min şəxsə imtina cavabı göndərilib.
"İmtahanlar 15 mərkəzdə, 7 gün ərzində keçiriləcək. Hər bina kondisinerlə təmin olunub. Maska taxmaq tələb olunmayacaq", - o deyib.
Müəllimlərin işə qəbulu imtahanları başa çatdıqdan sonra keçid balları müəyyənləşdiriləcək. O, vakant yerlərin müəyyənləşdirilməsi haqqında yerli idarəetmə orqanlarına tapşırıqlar verildiyini də əlavə etdi.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























