Bakıda daha bir avtobus qəzası - Xəsarət alanlar var

Bakıda marşrut avtobusunun iştirakı ilə daha bir ağır yol qəzası baş verib.
Səhər saatlarında Mehdiabad qəsəbəsində "Çinar Trans” MMC-nin istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99 JZ 281 nömrə nişanlı avtobus minik avtomobili ilə toqquşub. Belə ki, qəza avtobus dönmə əməliyyatını yerinə yetirərkən baş verib.
Hadisə avtobus depodan reysə çıxmaq üçün Qaraçuxur qəsəbəsinə gedən zaman baş verdiyindən nəqliyyat vasitəsi boş olub. Minik avtomobilində olan iki nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.
Dünən də paytaxtın Nizami rayonunda "Çinar Trans” MMC-yə məxsus marşrut avtobusu ağır qəzaya düşüb və 5 nəfər xəsarət alıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava