• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və Sumqayıtda restoran sahibləri cərimələnib

Bakı və Sumqayıtda restoran sahibləri cərimələnib
07.07.2022 18:30
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarına riayət edilməsi ilə bağlı tədbirləri davam etdirir.


DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, iyulun 5-də keçirilən növbəti belə tədbirlər zamanı Qaradağ rayonu Salyan şossesində yerləşən restoranların birindən dənizə çirkab suların axıdılması, Sumqayıt şəhərində isə dəniz sahilində yerləşən istirahət mərkəzlərinin birində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktları aşkar edilib.


İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduğuna görə həmin restoranın vəzifəli şəxsi Əlihəsən Həsənov və 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələblərini pozduğuna görə istirahət mərkəzinin vəzifəli şəxsi Şəhriyar Məmmədov barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol