Tofiq Yaqublu iyulun 13-də dinc aksiya keçirəcək

İyulun 13-də "Ölkənin quru sərhədlərini açın” tələbilə dinc etiraz piketi keçiriləcək. Bu barədə Milli Şuranın və Müsavat Partiyasının funksioner Tofiq Yaqublu özünün "Facebook" hesabında yazıb.
O, aksiyanı Nazirləri Kabinetinin inzibati binasının qarşısında edəcəyini bildirib.
www.anews.az
O, aksiyanı Nazirləri Kabinetinin inzibati binasının qarşısında edəcəyini bildirib.
"Təşəbbüs mənə aid olduğundan şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubunu da özüm yazmışam. Bu, başlanğıcdır və həm də cəmiyyətin kütləvi dinc etiraz aksiyalarına nə qədər hazır olduğunu yoxlamaq üçün bir testdir. Quru sərhədlərin çox absurd olaraq bağlı saxlanması əhalinin kifayət qədər böyük hissəsinə ciddi problem yaradır. Sizlərdən bu məsələyə biganə qalmamağı və həmin günədək bu vacib aksiyaya dəstək verməyinizi xahiş edirəm", - o deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov aksiyanın qarşısının alınacağını bildirib.
"Qanunvericiliyə uyğun olaraq, icra hakimiyyəti ilə razılaşdırılmayan istənilən qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır", - o bildirib.
Azərbaycan 2020-ci ilin martında COVID-19 virusu yayılarkən pandemiyanın qarşısının alınması məqsədilə ölkə sərhədlərini gediş-gəlişə bağlayıb.
Daha sonra müxtəlif ölkələrlə hava yolları vasitəsilə gediş-gəliş mərhələli şəkildə bərpa olunsa da, hökumət Türkiyə ilə Azərbaycan arasındakı Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi istisna olmaqla, digər qonşu ölkələrlə - İran, Rusiya və Gürcüstanla quru sərhədləri hələ də bağlı saxlayır.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava