• $
  • €
  • ₽
  • ₺
  • £

Mağazadan şampun oğurlayan kişini döyüb videoya çəkdilər - Video

Mağazadan şampun oğurlayan kişini döyüb videoya çəkdilər - Video
07.07.2022 13:39
Sosial şəbəkələrdə mağazadan oğurluq etdiyinə görə mağaza sahibi tərəfindən döyülən şəxsin görüntüləri yayılıb.


Görüntülərdə mağaza sahibi və daha bir neçə nəfərin oğurluq etdiyi deyilən şəxsə zorakılıq etdiyi görünür. Onlar üzərindən bir neçə şampun çıxan sakindən 100 manat pul tələb edir, ona şillə vuraraq alçaldırlar. Törətdikləri əməlləri isə videoya çəkirlər.


Görüntülərin Gəncədə şəhərində çəkildiyi iddia edilib.


Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo”ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsində həmin görüntülər əsasında dərhal müvafiq araşdırmalar başlanılıb:


"Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ildə Gəncə şəhər sakini, Ə.Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib. Həmin şəxslər zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq göstərməsi, onun haqqında rüsvayedici məlumatlar yayma və ya əməlakının tələf etmə hədəsi ilə 100 manat pul tələb etməsinə görə saxlanılmış, barələrində CM-nin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.


Ə.Qasımov bu ilin aprel ayında qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunsa da, daha sonra sərbəst buraxılıb.(qafqazinfo)


Fotoda: Şöhrət Cəfərov
 
 Fotoda: Zabit Əliyev



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol