Azad olunmuş ərazilərə nə qədər qoyunçuluq və arıçılıq təsərrüfatı köçürülüb?

Ermənistan işğalından azad olunmuş Azərbaycan ərazilərinəki yaylaqlara 2022-ci ildə 940 qoyunçuluq, 1101 arıçılıq təsərrüfatı köçürülüb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov özünün "Facebook" hesabında bildirib.
"Azad edilmiş bölgələrdən olan, təsərrüfatında ən azı 200 baş xırdabuynuzlu heyvan və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 40 arı ailəsi olan fermer mövsüm dövründə öz təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara köçürmək üçün elektron müraciət edə bilər. Yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların 10 faizi həcmində iribuynuzlu heyvan aparmağa da icazə verilib. Təsərrüfatın rəhbəri özü ilə şəxsi seçimi əsasında müəyyən etdiyi maksimum 9 köməkçi aparmaq hüququna malikdir", - o deyib.
Qurum sözçüsü deyib ki, iyulun 1-dək azad olunmuş ərazilərdəki yaylaqlara ümumilikdə 329166 xırdabuynuzlu, 23794 iribuynuzlu, 831 digər heyvanın (at,it, eşşək və s.) köçürülməsi təmin edilib. Ümumilikdə Kəlbəcər və Laçın yaylaqlarına 940 qoyunçuluq təsərrüfatı köç edib.
Bu il Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarındakı yaylaqlara 1101 arıçı tərəfindən 61045 arı ailəsi aparılıb.
Ümumilikdə, 2022-ci il yaylaq mövsümündə 17406 şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilib.
www.anews.az

2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində qoyunçuluq və arıçılıq təsərrüfatlarının yalnız Kəlbəcər və Laçın rayonlarına köçürülməsinə şərait yaradılmışdı. Bu il köç prosesinin miqyası genişləndirilib, təkcə Kəlbəcər və Laçından deyil, digər azad edilmiş ərazilərdən olan fermerlərin də öz təsərrüfatlarını doğma yaylaqlara aparmasına icazə verilib.Köçdən əvvəl müraciətləri təsdiqlənmiş fermerlərə ANAMA-nın Göygöldə yerləşən Təlim Mərkəzində müvafiq təhlükəsizlik və davranş qaydaları ilə bağlı təlim keçirilib. Azad olunmuş ərazilərdə təhlükəkəsizlik qaydaları ilə tanış olduqlarına dair sertifikat almış fermerlərə öz təsərrüfatlarını müəyyən olunmuş müddət ərzində yaylaqlara köçürməyə icazə verilib.Yaylaqlara köçlə bağlı elektron müraciət üçün iki ay vaxt ayrılıb, müraciətlərin təsdiqlənməsi və adların portala daxil edilməsi müddəti iyunun əvvəllərində başa çatıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava