“ABAD”çılar güzəştli kreditlərdən istifadə edir

2022-ci ilin iyun-iyulu ərzində "ABAD”çılara məxsus 3 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 110 min manat güzəştli kredit vəsaiti ayrılıb. Bununla bağlı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.
Maliyyələşdirilmiş layihələr bağçılıq, arıçılıq və heyvandarlığın inkişafına xidmət edir.
"İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, "ABAD” publik hüquqi şəxs və "Yelo Bank” ASC ailə təsərrüfatlarının yaradılması və genişləndirilməsinə dəstək göstərilməsi, "ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə birgə əməkdaşlığa başlayıblar.
www.anews.az

Əməkdaşlıq çərçivəsində Sahibkarlığın İnkişafı Fondu "ABAD”çıların layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsini həyata keçirir, "Yelo Bank” ASC həmin kreditlərin sahibkarlara verilməsində müvəkkil kredit təşkilatı qismində çıxış edir, "ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun tanıdılması, bazara çıxarılması və satışının təşkilində sahibkarlara dəstək göstərir", - Fonddan deyilib.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər 
Daha çox 