Uşaq ölümlərinin qarşısının alınması üçün göstəriş verilib

Uşaq ölümü üzrə müvafiq göstəricinin hər il 0,1 vahid azaldılaraq dövrün sonuna 10,5-ə düşməsi təmin ediləcək. Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Uşaqlara göstərilən tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması üçün ixtisaslaşmış tibb mərkəzlərinin və ya tibb bölmələrinin kadr potensialının, infrastruktur imkanlarının və tibbi təchizat sisteminin gücləndirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyənləşib.
Eyni zamanda dövrün sonuna uşaqların 95%-nin peyvəndlərlə əhatə olunması planlaşdırılır. Hazırda uşaqların 87 %-i peyvəndlə əhatə olunub.
Əsas icraçı qurum Səhiyyə Nazirliyi, digər icraçı isə İqtisadiyyat Nazirliyidir.
Aytac
www.anews.az
Son xəbərlər 
Daha çox 























