Əmisi oğlunu qətlə yetirən şəxsin cəzası bəlli oldu

Prokuror Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Report" xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Proses iyulun 29-da davam etdiriləcək.
Hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, Əmrulla Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























