• $
  • €
  • ₽
  • ₺
  • £

Əvəz Hafizlini qətlə yetirən şəxsə hökm oxunub

Əvəz Hafizlini qətlə yetirən şəxsə hökm oxunub
29.07.2022 16:20
Əvəz Şıxməmmədovu (Hafizli) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyev 9 il 6 ay azadlıqdan məhrum olunub. Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Prokuror Əmrulla Güləliyevə 10 il 6 ay həbs cəzası istəmişdi.

2022-ci il fevralında Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib. İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
İyulun 25-də LGBTI+ fəalını qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə ekspertiza rəyləri açıqlanıb. Bildirilib ki, Əvəz Hafizli boyun nahiyəsindən aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.Prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub. Daha sonra iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsə 10 il 6 ay həbs cəzası istəyib. Məhkəmədə Əvəz Hafizlinin dövlət tərəfindən təyin olunan nümayəndəsi çıxış edərək Əmrulla Güləliyevə daha yüngül cəza verilməsini xahiş edib.

Cari il iyulun 4-də bloger Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olduğunu iddia edən fəallar Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə etiraz aksiyası keçirib. Fəallar "Əvəzin qatili dövlətdir”, "Nifrət qətlləri siyasidir” yazılan plakatlar qaldırıb. İctimai fəallar, LGBTQ-lər istintaqın düzgün aparılması və təqsirləndirilən şəxsə layiq olduğu cəzanın verilmısini tələb edir.


Əvəz (Hafizli) Şıxməmmədov bloger kimi fəaliyyət göstərib. Əvəz Hafizli cinsi oriyentasiyasına görə bir neçə dəfə təhdidlərə məruz qalması barədə iddialar irəli sürmüş və təqsirkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirmişdi. 
 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol