• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Britaniyadakı səfiri Londondakı hücuma REAKSİYA VERDİ

Azərbaycanın Britaniyadakı səfiri Londondakı hücuma REAKSİYA VERDİ
05.08.2022 11:28
Azərbaycanın Britaniyadakı səfirliyinə hücum diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov  avqustun 4-də bir qrup dindarın Böyük Britaniyada Azərbaycan səfirliyinə hücumu barədə yazdığı tvitter hesabında qeyd edib. 

"Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam”, - o əlavə edib.

O, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirdiklərini deyib.

"Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər”, - o söyləyib.
 
Böyük Britaniyanın Bakıdakı səfirliyi də  Londonda Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama yayıb.

"Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır", - əlavə edib.
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin AR-in Londondakı səfirliyinə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumata görə, Azərbaycan XİN-in Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlığı  diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.
 
"4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək", - məlumatda göstərilib.

Cari il avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum olub.  Bir qrup dindar ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. Hücum zamanı Azərbaycan Prezidenti İlham Əliyev və keçmiş prezident Heydər Əliyevin şəkilləri, eləcə də dövlət bayrağı tapdalanıb. Bir müddət sonra səfirliyin təhlükəsizliyi təmin edilib və hücum edənlər saxlanılıb. Britaniya mediasının yazdığına görə, hücumu Mehdi Nökərləri Birliyi (MNB) təşkil edib. Səbəb kimi isə Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qaldıqları göstərilib. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

İlkin məlumata görə, səfirliyə hücum edən qrup Londonda fəaliyyət göstərən radikal görüşlü din xadimi Yasir əl-Həbibin tərəfdarları olub. Artıq əl-Həbibin rəhbərlik etdiyi "Mehdinin Xidmətçiləri” təşkilatının bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir. 4 avqustda baş verən Yasir əl-Həbib tərəfdarlarının hücum etdiyi ilk səfirlik deyil. 2018-ci ildə əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətidikləri bayraqları sancıblar.

Həmin vaxt hücumun səbəbi kimi, Ayətullah Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin İranda həbs edilməsi göstərilib. Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılırdı.

Ləman Qasımova
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol