• $
  • €
  • ₽
  • ₺
  • £

DSX-dan 200 minlik müəmmalı tender: Qalib şirkət elandan sonra yaranıb - Fotofakt

DSX-dan 200 minlik müəmmalı tender: Qalib şirkət elandan sonra yaranıb - Fotofakt
08.08.2022 12:30
Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi "Lıon Supplıes" MMC (VÖEN- 2906624951) olub. Qalib şirkət DSX-ya 560 ədəd istehsalat masası və stellaj satacaq və qarşılığında 199 min 892 manat alacaq.

Tender müsabiqəsinin qalibi olan "Lıon Supplıes" MMC 31.03.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 18 MKR, ev 34, m. 23-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Qənbərov Şirxan Şirzad oğludur.  

Maraqlıdır ki, DSX tender elanının MMC-nin dövlət qeydiyyatına alındığı gündən 2 gün əvvəl – 29.03.2022-ci il tarixində elan edib. Yəni, 200 min manatlıq tender elan olunan zaman "Lıon Supplıes" MMC mövcud olmayıb. Sənəd qəbulu isə aprel ayının 19-na kimi qəbul edilib.

Diqqət çəkən daha bir məqam isə odur ki, tender elanında tələb olunan sənədlərdən biri MMC-nin 2020-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surətidir. Məlum məsələdir ki, 31.03.2022-ci il tarixində dövlət qeydiyyatına alınan MMC-nin 2020-ci il üçün maliyyə hesabatı təqdim etməsi mümkün deyil. Çünki 2020-ci ildə "Lıon Supplıes" adlı MMC olmayıb.

Bunlardan başqa tələb olunan sənədlər arasında MMC-nin potensialı, maddi-texniki bazası, müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, etibarlılığının olmasına dair arayış və təsdiqedici sənədlər yer alır.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər də yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır. 

Tender elan olunduğu gündən 2 gün sonra yaranan şirkətin hansı təcrübəsinin olacağı və bunu hansı sənədlərlə təsdiq edəcəyi aydın deyil.

Məsələ ilə bağlı suallarımızı DSX-nin mətbuat xidmətinə ünvanladıq. Qurumdan suallarımıza cavab verildiyi təqdirdə yazıya əlavə olunacaq.  (yeniavaz) 
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol