• $
  • €
  • ₽
  • ₺
  • £

Bu həddə gətirib çıxarırlar, sonra da deyirlər, qazi niyə intihar eləyir - AÇIQLAMA

Bu həddə gətirib çıxarırlar, sonra da deyirlər, qazi niyə intihar eləyir - AÇIQLAMA
08.08.2022 14:21
Bizi nə axtaran var, nə maraqlanan var. Ümumiyyətlə heç nə ilə maraqlanmırlar. İşlə də təmin etmirlər. Deyirlər dəlixanada yatmısan, səni işlə təmin edə bilmərik. Əlilliyimi təsdiq etmirlər. Bu sözləri Yeniavaz.com-a müraciətində Vətən müharibəsi qazisi, Lənkəran şəhər sakini Şahbazlı Asin Ulduz oğlu deyib.

"İş istəyirəm fəhləliyə göndərirlər. Deyirəm mənim səhhətimdə problem var, əməliyyata ehtiyac var. 300 manat əməkhaqqı verirlər. Kirayədə qalıram. Kirayə puluna sağ olsun, xalqımız köməklik edir. Heç bir yerdən gəlirim yoxdur. Hara iş üçün gedirəm, deyirlər, dəlixanada yatmısan. Deyirəm ki, müharibədən qabaq normal insan olmuşam, Vətənə xidmət etmişəm. Konkret nə baxan, nə də axtaran var. Özüm də 2 ildir psixoterapik dərmanlarla yaşayıram. Hara müraciət edirəm, ancaq boş məktublar gəlir. Deyirlər sistem bağlıdır. İndi hansı dövrdür ki, sistemi bağlayırlar. Bu həddə gətirib çıxarırlar, sonra da deyirlər, qazi niyə intihar eləyir”, - o deyib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov bildirib ki, qazi Şahbazlı Asin Ulduz oğlu məsələ ilə aidiyyəti quruma heç bir müraciət etməyib. Tural Qurbanov qazi tərəfindən müracət olunacağı təqdirdə məsələnin araşdırılacağını bildirib.

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə Yeniavaz.com-a açıqlamasında qazinin istəyinə uyğun vakansiya olduğu təqdirdə aidiyyəti üzrə iş aparılacağını qeyd edib.

"Şahbazlı Asin Ulduz oğlunun müraciəti ilə bağlı bildiririk ki, Dövlət Məşğulluq Agentliyinin yerli nümayəndəliyi tərəfindən vətəndaş daha öncə də qəbul edilib və müəyyən işlər aparılıb. Vətəndaş aprel ayınadək Magistral Yol İdarəsində çalışıb. Oradan işdən ayrıldıqdan sonra məşğulluq filialına müraciət edib və o, qeydiyyata alınıb. 10.05.2022-ci il tarixində Asin Şahbazlı öz istəyi əsasında avtotəmizləmə zərfi üzrə özünüməşğulluq proqramına qeydiyyata alınıb. İlk olaraq təlimlərə cəlb ediləcək, daha sonra avadanlıqlarla təmin ediləcək. Bundan sonra artıq Asin Şahbazlı öz iş fəaliyətinə başlaya biləcək. Əlavə olaraq vətəndaşın iş ilə bağlı müraciəti də diqqətimizdədir. Onun istəyinə uyğun vakansiya olduğu təqdirdə aidiyyatı üzrə iş aparılacaq”, - o qeyd edib. 
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol