• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edilib

Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edilib
08.08.2022 16:13
Baş Prokurorluq sosial şəbəkədə paylaşdıqları statusu əsas gətirərək 4 nəfərə xəbərdarlıq edib.. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması ilə əlaqədar adekvat cavab tədbirlər görülür: "Ümumilikdə Azərbaycan mediası baş verən hadisələrə təmkinlə yanaşır, məsələnin əhəmiyyətini və həssaslıq dərəcəsini nəzərə alır, fəaliyyətini müvafiq qanunvericiliyin tələbləri əsasında qurur. Bununla yanaşı, bəzi hallarda sosial şəbəkə istifadəçiləri tərəfindən qanun və ədalət prinsipinə söykənən bu cür tədbirlərə kölgə salmaq, Azərbaycan əsgərlərinin həyatı təhdidlə üzləşdiyi halda həmin təhdidlərə cavab olaraq hərbi əməliyyatların keçirilməsinə qarşı çıxmaq, yalan məlumat yaymaq, saxta və ya köhnə görüntülər paylaşmaq, heç bir əsas olmadan onları aktuallaşdırmaq cəhdləri müşahidə olunur. Təəssüflə qeyd edilməlidir ki, xoş niyyət daşımayan həmin cəhdlər informasiya azadlığı, kontekstdən çıxarılmış tarixi sitatlar və saxta pasifist baxışlarla pərdələnir", - qurumdan deyilib.

Azərbaycan Baş Prokurorluğuna daxil olan məlumata əsasən yuxarıda qeyd olunan hallara yol vermiş Bakı şəhər sakini, ictimai fəal Rüstəm İsmayılbəyli, Fərid Hüseynov, Goranboy rayon sakini Elmar Məmmədov və Mingəçevir şəhər sakini Gülay Eyvazova prokurorluğa dəvət olunmuş, qanunun tələbləri onların diqqətinə çatdırılıb.

İctimai təhlükəsizliyin kütləvi şəkildə pozulması və ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatların yayılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yolverilməzdir.

"Milli təhlükəsizlik haqqında” Azərbaycan qanununa əsasən ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə yönəlmiş addımlar dövlətimiz üçün təhdid hesab olunur və buna xidmət edən istənilən hərəkətlərin vaxtında qarşısı alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı onlara əməllərinin ictimai təhlükəli nəticələri izah edilmiş və "Prokurorluq haqqında” Azərbaycan qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib", - qurumdan bildirilib.
 
Baş Prokurorluq bundan öncə də bir qrup jurnalistə, ictimai fəala, sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etmişdi.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol