"Şamaxinka"da kimsəsiz uşaqlar yağışın altında gecələyir? - AÇIQLAMA

Bakının "Şamaxinka” adlanan ərazisində yerləşən parkdan kimsəsiz olduqları iddia edilən uşaqların görüntüləri yayılıb, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
İddia edilib ki, 5 kimsəsiz uşaq "Şamaxinka”da yerləşən parkda yağışın altında gecələyir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, azyaşlılar və anası polis polis əməkdaşları tərəfindən müəyyən olunub.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sığınacağa yerləşdirilməsi təmin olunur”, - o deyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu da məsələ ilə bağlı açıqlama verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























