• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bağ evindən qara brilyant oğurlanıb

Azərbaycanda bağ evindən qara brilyant oğurlanıb
08.08.2022 17:44
Abşeron rayonu Digah qəsəbəsi ərazisində yerləşən bağ evindən içi pul və qızıl-zinət əşyaları ilə dolu seyf oğurlayan şəxslərdən ikisi məhkəmə qarşısına çıxarılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Türkiyə vətəndaşları Orhan Orbay və Emrah Huseyn Cinayət Məcəlləsinin 177.4 (Oğurluq-xüsusilə külli miqdarda ziyan vurmaqla) və 326.2-ci (Rəsmi sənədləri, ştampları, möhürləri talama) maddələri ilə ittiham ediliblər.

Araşdırmalar zamanı məlum olub ki, onlar istintaqdan hələ ki, yayınmış Haydar və Tahir adlı digər Türkiyə vətəndaşları ilə birlikdə Digah qəsəbəsində Yusif Mikayılovun evindən oğurluq planlaşdırıblar. Qrup üzvləri 2019-cu il dekabrın 31-də ev sahibinin mənzildə olmamasından istifadə edərək gecə saatlarında mənzilə daxil olaraq divardakı seyfi sökərək çıxarıblar və həyətə endirərək arabaya qoyublar. Onlar seyfi araba ilə küçəyə çıxarıblar və gəldikləri "Niva” markalı avtomobilə qoyaraq Maştağa qəsəbəsində kirayə yaşadıqları mənzilə aparıblar.

İttiham aktında qeyd edilib ki, 700 manat dəyəri olan 120x50 sm ölçülü seyfdə 120 100 dollar nağd pul, 48 000 dollar dəyərində qara brilyant dəsti, 60 000 dollar dəyərində yumru formalı brilyant dəsti, 8 ədəd 585 əyarlı ümumilikdə 80 000 manat dəyərində 800 qram qızıl tros boyunbağılar və onlarla digər bahalı qızıl-zinət əşyaları, bahalı daş-qaşlar, eləcə də ev sahibinin və ailə üzvlərinin mülkiyyət, şəxsiyyət, təltiflər, diplomlar, partiya bileti və digər mühüm sənədləri olub. Ev sahibinə ümumilikdə 571 145 manat ziyan vurulub.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər cinayətin Tahir və Haydar tərəfindən təşkil edildiyini, onlara müəyyən işlərdə dəstək verdiklərini bildiriblər. Seyfdən çıxan qızıl-zinət və pulun miqdarının şişirdildiyini də əlavə ediblər.

O da bildirilib ki, qrup üzvlərindən ikisi beynəlxalq axtarışa verilərək Gürcüstan ərazisində saxlanılaraq Azərbaycana gətiriliblər, digər iki şəxsi istintaqa cəlb etmək isə hələlik mümkün olmayıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə Orhan Özbah və Erhan Hüseynin hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol