• $
  • €
  • ₽
  • ₺
  • £

“Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradıldı

“Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradıldı
08.08.2022 22:35
Səhiyyə Nazirliyinin tabeliyində "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.  

Nizamnaməyə əsasən, Koordinasiya Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti təşkil etmək və əlaqələndirmək;

- orqan donorluğu və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin işini koordinasiya etmək;

- orqan donorluğu və transplantasiya sahəsində vahid uçotu aparmaq;

- orqan donorluğu və transplantasiya sahəsində informasiya təminatını təşkil etmək;

- bu Nizamnamədə nəzərdə tutulmuş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Nizamnamə ilə həm də Koordinasiya Mərkəzinin idarə olunması qaydası da müəyyənləşib.

Koordinasiya Mərkəzi öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

Koordinasiya Mərkəzinin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Koordinasiya Mərkəzinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
İdarə Heyəti 7 (yeddi) üzvdən – Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən, onun iki müavinindən və digər 4 (dörd) üzvdən ibarətdir.

Koordinasiya Mərkəzinin fəaliyyətinə nəzarəti təsisçi, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.
Koordinasiya Mərkəzinin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

Koordinasiya Mərkəzi Bakı şəhərində yerləşir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol