• $
  • €
  • ₽
  • ₺
  • £

Sağ olduğu halda ölü kimi qeydiyyata salınıb - Ölkəyə qayıda bilmir

Sağ olduğu halda ölü kimi qeydiyyata salınıb - Ölkəyə qayıda bilmir
13.08.2022 13:48
2011-ci ildən bəri ölü kimi qeydiyyatda olduğu bildirilən Abil Zeynalov  Qafqazinfoya müraciət edib.
 
1955-ci ildə Quba rayonunun Rustov kəndində anadan olan Abil Zeynalov 1996-cı ildə Rusiyaya gedib.
 
"26 il əvvəl Rusiyaya gəldim. İndi də öz vətənimə qayıtmaq istəyirəm, amma mümkünsüzdür. Səbəb isə mənim guya ölməyimdir. Bura gələndə evli idim. Lakin həyat yoldaşım Azərbaycanda qalası oldu. Bu illər ərzində vətənə qayıtmadım. Burada bir qadınla yaşamağa başladım və müxtəlif işlərdə çalışdım. 2001-ci ildə anam vəfat edəndə ölkəyə gəlmək istəsəm də, yenə alınmadı. 2011-ci ildə isə artıq qəti qərar verdim ki, vətənə qayıdım. Amma məlum oldu ki, mən guya ölmüşəm. Həyat yoldaşım mənim adıma saxta ölüm kağızı çıxartdırıb. Guya mən 2011-ci ilin oktyabrın 10-da Rusiyanın Xabarovsk vilayətində vəfat etmişəm. Bundan sonra mənim əmlakımı sataraq başqa biri ilə evlənib”.

Abil Zeynalov iddia edir ki, bundan sonra özü Rusiyada, qardaşı isə Azərbaycanda adiyyəti qurumlara müraciət etsə də, məsələ həll olunmayıb: "67 yaşım var və artıq öz yurduma qayıtmaq istəyirəm. Atam 98 yaşında qoca kişidir. Onun yanında olmaq istəyirəm, amma hara müraciət etsəm, mükünsüzləşir. Hazırda Xabarovsk vilayətindəyəm və işsizəm. Çox xahiş edirəm mənə kömək edin, vətənə qayıdım. Qardaşım kənd bələdiyyəmizə və məhkəməyə müraciət edib. Lakin deyiblər ki, "bizlik deyil””.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo”ya bildirildi ki, Abil Zeynalovun qardaşı ilə əlaqə saxlanılıb: "Lakin fərdi məlumatlara aid olduğu üçün açıqlama verə bilmərik”.

Quba rayon Rustov kənd bələdiyyəsi Aydın Kazımov isə məsələ ilə bağlı bunları dedi: "Məsələdən xəbərim yoxdur. Onu bilirəm ki, illər əvvəl Rusiyaya gedib və qayıtmayıb. Həyat yoldaşı da başqa biri ilə ailə qurub. Ölüm kağızını da biz verməmişik. Bu barədə məlumatım da yoxdur”.

Abil Zeynalov üçün ölüm kağızına imza atan Quba rayon qeydiyyat şöbəsinin rəisi Kamran İbrahimov da məsələyə münasibət bildirdi. Onun sözlərinə görə, ölüm kağızı məhkəmənin qətnaməsinə əsasən hazırlanıb:
 
 "Zeynalov Abil Hacıbaba oğlu barəsində 10 oktyabr 2011-ci ildə Rusiya Federasiyasında vəfat etməsinə dair 2012-ci ildə məhkəmə qətnaməsinə əsasən ölüm faktı müəyyən olunub. Həmin illərdə biz orada işləməmişik və bu barədə məlumat da yoxdur. Lakin biz sənədlərin kökünə baxarkən müəyyən edirik ki, qanunvericilikdə də hüquqi faktların müəyyən olunması var. Yəni məhkəməyə müraciət edərək ölüm faktını müəyyən etdiriblər və buna əsasən qeydiyyat şöbəsinə müraciət ediblər. Bundan sonra ölüm haqqında sənəd açıblar. Ölüm qeydiyyatı hazırda da mövcuddur, ləğv olunmayıb. Bununla bağlı gərək vətəndaş məhkəməyə müraciət etsin. Bundan başqa o, səfirliyimizə və konsulluğumuza da müraciət edə bilər. Etibarnamə göndərməklə də məhkəmədə o qətnaməni ləğv elətdirə bilər. Yəni qanunvericilikdə bu nəzərdə tutulub ki, itmiş, ölüm faktı çıxmış şəxs varsa, həmin adam gələrsə, qeyd olunan məhkəmə qətnaməsi ləğv olunmalıdır”. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol