• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib - SİYAHI

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib - SİYAHI
16.08.2022 14:40
2022-ci ilin yanvar-iyulunda Azərbaycan Respublikasına dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Modern.az rəsmi məlumata əsasən xəbər verir ki, ölkəyə gələnlərin 26,4 %-i Rusiya Federasiyası, 21  %-i Türkiyə, 11,6 %-i İran, 6,8 %-i Səudiyyə Ərəbistanı, 4,8 %-i Gürcüstan, 3 %-i Pakistan, 2,6 faizi Hindistan, 2,5 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2 %-i Ukrayna, 1,9 %-i Qazaxıstan, 1,5 %-i Küveyt, hər birindən 1,4% olmaqla İsrail və Oman, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Özbəkistan, 10,7 %-i digər ölkələrin vətəndaşları olublar. Gələnlərin 75,3 %-ni kişilər, 24,7 %-ni qadınlar təşkil edib.
 
Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 351,2 dəfə, Küveytdən - 166,6 dəfə, Omandan - 156,9 dəfə, Pakistandan - 31,9 dəfə, Hindistandan - 18,2 dəfə, Bəhreyndən - 8,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 7,3 dəfə, İsraildən - 7,1 dəfə, Qazaxıstandan - 5,8 dəfə, ABŞ-dan - 4,4 dəfə, Almaniyadan - 3,2 dəfə, Fransadan - 2,8 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,8 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 22,5 faiz artıb.
 
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 202,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 41,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 278,7 min nəfər olub.
 
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62 %-i hava, 36,4 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol