• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq
18.08.2022 16:40
Bakcell şirkəti "SOS Uşaq Kəndləri Azərbaycan” assosiasiyasının himayəsində yaşayan gənclərin iş imkanları və sahibkarlıq bacarıqlarının artırılmasına yönəlmiş növbəti layihəyə dəstək göstərib. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin sosial sahibkarlıq bacarıqlarının artırılması vasitəsilə əmək bazarına inteqrasiyasının təmin edilməslidir. 

Layihədə iştirak etmək istəyən gənclər 6 komandaya bölünərək "Komandanın qurulması” ("Team building”), "Gənclərin iştirakçılığı” və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri mövzularında təlim və seminarlarda iştirak edib. 

Qusar rayonunda "Sosial sahibkarlıq və biznesin qurulması” mövzusunda keçirilən 5 günlük düşərgədə gənclərə sosial sahibkarlıqla bağlı bilik və bacarıqlarını artırmaq üçün imkanlar yaradılıb. Növbəti mərhələdə onlar mentorların dəstəyilə öz biznes layihələrini hazırlayıb münsiflər heyətinə təqdim edəcək. Qalib elan olunan sosial sahibkarlıq layihələrini reallaşdırmaq üçün gənclərə maliyyə vəsaiti ayrılacaq. 

Bakcell 2009-cu ildən etibarən "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıq çərçivəsində Assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə həyata keçirilən "Öz biznesinə başla və təkmilləşdir” layihəsi ”Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyası üzrə "Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol