• $
  • €
  • ₽
  • ₺
  • £

Sertifikasiyadan keçən müəllimlərin əmək haqqına artım nə qədər olacaq?

Sertifikasiyadan keçən müəllimlərin əmək haqqına artım nə qədər olacaq?
23.08.2022 11:25
Azərbaycanda sertifikasiyadan keçən müəllimlərin əmək haqqına 10-35% artım olunacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirdiyi brifinqdə deyib.
 
Nazirin sözlərinə görə, 6 saata qədər çalışan müəllimin orta maaşı 150 manat, 10% əlavə olduqda 165, 35% əlavə olduqda isə 203 manat təşkil edəcək.

"6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin orta maaşı 310, 10% əlavə ilə 340, 35% əlavə ilə isə 420 manat alacaq. 12-18 saat aralığında dərs yükü olan müəllimlərə gəlincə, onların orta maaşı 535 manatdır. 10%  əlavə ilə 590, 35% əlavə tətbiq edildikdə isə 720 manat təşkil edəcək. 18-24 saat aralığında dərs yükü olanların orta əməkhaqqı 755 manatdır. 10%  əlavə tətbiq edildikdə 830, 35% əlavə olduqda isə 1020 manat alacaqlar. Eyni zamanda 24 saatdan artıq dərs yükü olanların əməkhaqqı 1100 manatdır. 10% əlavə olduqda 1210, 35% əlavə tətbiq edildikdə isə 1485 manat əməkhaqqı alacaq", nazir deyib.
 
Sertifikasiya ilk olaraq ibtidai sinif müəllimləri arasında aparılacaq. Hazırda ölkənin ümumtəhsil məktəblərində 36,5 min ibtidai sinif müəllimi çalışır. Onların 1279-nun 6 saata qədər, 4030-nun 6-12 saat, 7360-nın 12-18 saat, 16105-nin isə 18-24 saat aralığında dərs bölgüsü var. 2000-2010-cu illərdə 12867 ibtidai sinif müəllimi işə qəbul edilib.

"Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına və "Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına uyğun olaraq təhsilverənlərin əməkhaqqına əlavə sertifikatlaşma prosesinin nəticələrinə əsasən ediləcək.


Sertifikatlaşdırma prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Nəticələr təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.

İki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olan sertifikatlaşdırmada ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) iştirak etməyəcəklər.

Gülnar Nazimqızı


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol