• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Mahmudovun villasının qarşısında etiraz aksiyası keçirilib

Eldar Mahmudovun villasının qarşısında etiraz aksiyası keçirilib
02.09.2022 12:20
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Nardarandakı villasının qarşısında  saxta ittihamlarla qanunsuz həbs olunduqlarını bildirən adamlar etiraz aksiyası keçirilib. Bu  barədə Toplum.tv məlumat verib. 
 
Əllərində  "Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, "Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, "Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar tutan etirazçılar onlara vurulan ziyanın ödənilməsini tələb ediblər.

Aksiya iştirakçıları Eldar Mahmudovun, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını tələb ediblər. 
 
Onların fikrincə,  MTN-də ailələrindən alınan pulların böyük bir hissəsi bu şəxslərə çatıb.

Etirazçılar Bakı Hərbi Məhkəməsində araşdırılan və "MTN işi” kimi tanınan cinayət işində zərərçəkmiş şəxslərdir. Hazırda uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş şöbə rəisləri Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun məhkəməsi gedir.

Onlar vəzifədə olduğu müddətdə 14,3 milyon manat rüşvət almaqda, hədə-qorxu ilə 5 milyon manatı ələ keçirməkdə ittiham edilir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol