• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı

Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
02.09.2022 20:48
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrindən köçürülməsi prosesi başa çatıb.

Bu haqda Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4512 müraciət qeydə alınıb. Onlardan 528 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 3402 nəfəri ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən, 50 nəfəri magistratura səviyyəsindən, 532 nəfəri isə xaricdə yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.
Ümumilikdə 2852 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən 2410 nəfərdən 2310 nəfəri bakalavr, 14 nəfəri magistratura səviyyəsi üzrə, 86 nəfəri xarici ali təhsil müəssisələrindən, 442 nəfəri isə orta ixtisas təhsili müəssisələrindən köçürülənlər təşkil edir.

Köçürülmə ilə bağlı müraciət etmiş tələbələr şəxsi kabinetlərinə daxil olaraq nəticələr barədə məlumatı əldə edə bilərlər.

Müsbət nəticə əldə etmiş şəxslərdən sentyabr ayının 7-dən etibarən köçürüldükləri təhsil müəssisəsinə müraciət etmələri xahiş olunur.
Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol