• $
  • €
  • ₽
  • ₺
  • £

Əvəz Zeynallı rüşvət alması barədə iddialardan DANIŞDI

Əvəz Zeynallı rüşvət alması barədə iddialardan DANIŞDI
09.09.2022 16:49
Xural TV-nin rəhbəri Əvəz Zeynallı onun 20 min manat məbləğındə rüşvət alması barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib.
 
haqqin.az saytının  yaydığı məlumata görə,  sentyabrın 3-də jurnalist Əvəz Zeynallı həbsdə olan iş adam Rasim Məmmədovun ailəsindən 20 min manat pul tələb edib və  Zeynallı iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxın adamlarından pul almağa nail olub.

"Lakin Əvəz Zeynallı üzərinə düşən öhdəliyi pozub. Pul mükafatı aldıqdan sonra o, iş adamını təhqir və tənqid etməkdə davam edib. Buna cavab olaraq iş adamının yaxın qohumları pullarını geri tələb ediblər. Jurnalist isə buna cavab olaraq bəyan edib ki, o, biznesmeni tənqid deyil, təbliğ edib. Biznesmendən "qurban” obrazını yaradıb və bu işi davam etdirəcək. Amma qarşı tərəf etiraz edərsə, razılaşdırılmış məbləği qaytara bilər",  saytın məlumatında qeyd olunub.

Saytın yaydığı sonuncu məlumata görə, 20 min manat pul geri qaytarılıb.

"Xural TV" canlı yayımda danışan Zeynallı Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevin ona böhtan atdığını deyib. 

"Bir nəfər çıxıb deyə bilməz ki, 1 manat belə rüşvət almışam. Eynulla vaxtilə özü mənə 100 min manat rüşvət təklifi edib. Mən onun 100 min təklifindən imtina etmişəm. Səs yazısında "ianə edim" deyərkən pulu yox, əlimdə olan sənədləri nəzərdə tutmuşam", o deyib.

Əvəz Zeynallı canlı yayımda bildirib ki, "Fətullayevin böhtan atacağını bilsəm səs yazısında "sənəd" sözünü vurğulayardım".

"Elçin Sadıqov mənə zəng elədi, dedi görüşək. Mən də dedim görüşək. Elçin Sadıqov bu gün də mənim vəkilimdir, ayın 15-də də məhkəməmiz var. O, mənim həm də ailə dostumdur. Bir neçə gün əvvəl görüşdük. Dedi ki, Əvəz, mən sənin də vəkilinəm, Rasim Məmmədovun da vəkili oldum. Bir az Məmmədovun həyatından danışdı. Dedi ki, mən səndən maksimum dəstək istəyirəm. Heç olmasa, "vurma”, tənqid elə, "ölümünə vurma”. Mən də dedim ki, o zaman yalnız xəbərləri verə bilərəm. Məndən çox yüksək gözləntin olmasın. Çünki Rasim Məmmədov mənim üçün prinsipial məsələdir. Mənə bəzi özəl sənədlər verdi. Dedi ki, bunu yalnız sənə veririk, sən bunlardan istifadə elə. Etiraf edim ki, Elçinin xahişi olmasa idi, Rasim Məmmədov haqqında daha çox sərt danışardım", Zeynallı əlavə edib.

Əvəz Zeynallı  Fətullayevdən rəsmi üzr istəməsini gözlədiyini də əlavə edib. 

Jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərlərə Baş Prokurorluq  da münasibət bildirib. Qurumun Mətbuat Xidmətindən  bildirilib ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır.
 
Ləman Qasımova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol