Ötən il "E- qanun.az" saytına üç milyona yaxın giriş olub

Ötən il milli qanunvericilik bazası "e-qanun.az" saytına üç milyona yaxın giriş olub. Bunu Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev deyib.
O bildirib ki, bu rəqəm əvvəlki üç illə müqayisədə çoxluq təşkil edir
,"2019-cu ildə 2 milyon, 2020-ci ildə 2 milyondan çox, 2021-ci ildə 3 milyona yaxın olub. Bu ilin 8 ayı ərzində isə artıq bu rəqəm 2 milyona çatıb"- Yolçuyev vurğulayıb.
Bu il ərzində "e-qanun.az” saytına girişlərin 90 faizinin Azərbaycandan, 10 faizinin isə Fransa, ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Gürcüstan və sair ölkələrin ərazisində olduğunu qeyd edib: "Girişlərin təxminən 60 faizi kompüter, 40 faizi isə mobil cihazlar vasitəsi ilə həyata keçirilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























